top
Xaçmazlı fermer dovşan ətindən, astroloqlar isə dovşan ilindən danışıblar
04 yanvar 2023, 11:00
- ↺ +

Xaçmazlı fermer dovşan ətindən, astroloqlar isə dovşan ilindən danışıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni ilin rəmzi olan dovşan Xaçmazda təsərrüfatı olan Oleq Fomoviçin gəlir mənbəyidir. Bu barədə ShimalNews 4 yanvar tarixində Azərtac-a istinadən məlumat verir.

Oleq əvvəllər bu heyvanları maraq üçün bəsləsə də, artıq 40 ildir ki, hobbisini biznesə çevirib. Onun ferması Xudat şəhəri yaxınlığında yerləşir. Burada müxtəlif növ dovşanlar var. Onların sayı 100-dən çoxdur, lakin təsərrüfatçı bu rəqəmi 2-3 dəfə artırmaq imkanı olduğunu deyir:

“Burada 10-a yaxın dovşan növü var. Kaliforniya, Velikan, Vlandır, xaricdən gətirilmiş ağ və qırmızı Rizel kimi ətlik dovşan növlərinə üstünlük verirəm. Dovşanlar satış üçün nəzərdə tutulub. 3-4 aylıq dovşan 2 kiloqram ət verir”.

Oleq hələ 7 yaşı olanda dovşan saxlamağa başlayıb. Onun ilk heyvanları dayısının təsərrüfatından götürdüyü yerli sort dovşanlar olub. Amma son 20 ildir ancaq cins heyvanlar saxlayır və gəlir əldə edir:

“Pandemiya dövrünə qədər dovşan ətinin satışı yaxşı idi. Yetişdirdiyimiz heyvanların ətini Xaçmazdan, Bakıdan olan müştərilərimiz topdan satış qiymətə alırdılar. Onlar da müxtəlif şirkətlərə verirdilər. Amma son 2 ildə dovşan ətinə maraq çox azalıb. Regiondakı dovşan təsərrüfatlarının əksəriyyəti fəaliyyətini dayandırıb. Dovşan saxlamaq çətin deyil. Amma satışını təşkil edə bilməyəndən sonra saxlamağa dəyməz”.

Dovşan əti yağsız, xolesterinsiz olduğu üçün dietik sayılır. Şəkər xəstəliyi olanlar, pəhriz saxlayanlar dovşan ətinə üstünlük verirlər.

Oleq Fomoviç deyir ki, dovşanlar ən artımlı heyvanlardan biridir. Bunlar növündən asılı olaraq hər ay 8-10 bala verir. Dörd aylığında isə ət istehsalına verilir.

Dovşanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşmək lazımdır. Bu heyvanların yem rasionunu arpa, buğda, qarğıdalı, günəbaxan toxumu və yonca təşkil edir.

Astroloqların sözlərinə görə, Dovşan ilində anadan olanlar parlaq fərdi keyfiyyətlərə malik olurlar. Bu insanlar istedadlı və şöhrətpərəst, xeyirxah və təmkinlidirlər, incə zövqləri ilə fərqlənirlər. Hamını heyran qoyur və etimad qazanırlar. Bəzən qeybət etməyi xoşlayırlar, lakin nəzakətlidirlər, hirsli deyillər. Sevdikləri ilə incə rəftar edirlər, yaxın qohumları ilə çox nadir hallarda sıx əlaqə saxlayırlar. Demək olar ki, heç vaxt qızışıb özlərindən çıxmırlar, gözəl işgüzar keyfiyyətlərə malikdirlər. Vicdanlı və sözü bütövdürlər, bəzən xırdaçı və vasvası olur, bəzən qəmginləşirlər. Əla oyunçu ola bilərlər, lakin mühafizəkar və ehtiyatlı olduqlarına görə nadir hallarda oynayırlar.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
Bu gün, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
Bu gün, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
Bu gün, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
Bu gün, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
Bu gün, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
Bu gün, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
Bu gün, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

İqtisadiyyat
Bu gün, 13:40

Dağ və sərhəd kəndləri üçün xüsusi kommunal güzəştlər təklif edildi

Cəmiyyət
Bu gün, 13:00

Ünvanlar fərqli, şikayətlər eyni: Xaçmazda yolların dərdi bitmir

Cəmiyyət
Bu gün, 12:00

Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Hadisə
Bu gün, 11:00

Şamaxıda 50 yaşlı qadın su çənində boğulub

Bütün xəbərlər
Bu gün, 10:15

Bakı-Quba və Bakı-Şamaxı yolları birbaşa birləşəcək

Cəmiyyət
Bu gün, 09:15

Şamaxılı Vətən müharibəsi şəhidinin doğum günüdür

Cəmiyyət
Dünən, 17:57

Zaqatalada "Əfsanəvi Rembo"nun büstü ucaldılıb

Cəmiyyət
Dünən, 17:28

Zərdabidə şəhidlərin simaları işıqlandırılacaq - VİDEO

İqtisadiyyat
Dünən, 16:22

Qəbələdə Qaraçay "qara günə" qalıb – VİDEO

Hadisə
Dünən, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Dünən, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Dünən, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Dünən, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Dünən, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Dünən, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Oxşar xəbərlər