Xaçmaz rayonunda hər il ənənəvi olaraq keçirilən ümumrayon iməciliyində sakinlər aktiv iştirak ediblər.
Shimal.News xəbər verir ki, rayonunun bütün qəbiristanlıqlarını əhatə edən aksiyada məzarlıqların ətrafında səliqə-sahman yaradılıb, ərazi otlardan və kol-kosdan təmizlənib.
İməcilik çərçivəsində magistral və kənd daxili yolların kənarında təmizlik işləri aparılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
