top
Xaçmazda yeni xəstəxana tikiləcək 
22 fevral 2025, 12:56
- ↺ +

Xaçmazda yeni xəstəxana tikiləcək 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda yeni xəstəxananın tikilməsinə ehtiyac var. Turizm rayonu olan Xaçmaz yeganə rayondur ki, burada müasir standartlara cavab verən tibb müəssisəsi yoxdur.

Bunu Bizim.Media-ya "Şimal xəbərləri" qəzetinin redaktoru Müqəddəs Mehdiyev bildirib.

O qeyd edib ki, bu barədə əlaqədar qurumların rəhbərlərinə də məlumat verib:

"Mən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla görüşdə Xaçmaz rayonunda yeni xəstəxana binasının tikintisinin çox vacib olduğunu diqqətə çatdırmışam. TƏBİB rəhbəri rayonda yeni xəstəxananın inşa olunacağını bildirib. Artıq yeni binanın layihə-smeta sənədləri hazırlanır".

Müqəddəs Mehdiyev qeyd edib ki, Xaçmaz rayon mərkəzi xəstəxanasında kompüter-tomoqrafiya aparatının (KT) olmaması məsələsini də qurum rəhbərlərinin qəbulunda səsləndirib:

"Bildirdim ki, bu səbəbdən Xaçmaz camaatı KT müayinəsi üçün qonşu rayonlara üz tuturlar. Bu da vaxt və əlavə xərc deməkdir. Rayon sakinləri bu xidmətin Xaçmaz xəstəxanasında da fəaliyyət göstərməsini arzulayırlar. Görüşdə səhiyyə rəhbərləri bu məsələyə də baxılacağını və müsbət həll olunacağını bildiriblər."

Müqəddəs Mehdiyev Xaçmazın Xudat şəhər xəstəxanası ilə bağlı daha vacib bir məsələni də səhiyyə rəsmilərinin diqqətinə çatdırıb:

"4 ildən çoxdur Xudat şəhər xəstəxanası bağlıdır, yalnız ailə-sağlamlıq mərkəzi kimi fəaliyyət göstərir. Nabran-Yalama zonasında, Xudat şəhərində və ətraf kəndlərdə yaşayan 70 minə yaxın insan bu xəstəxananın bağlanmasından əziyyət çəkir. Əvvəllər burada doğum, terapiya və digər şöbələr fəaliyyət göstərirdi. Hazırda bu şöbələr yoxdur. Üstəlik bir ildən çoxdur ki, Xudatdakı təcili-tibbi yardım binasının tikintisi yarımçıq qalıb. Qəzaya düşən, xəsarət alan olanda onları təcili xəstəxanaya çatdırmaq lazım gəlir. Amma təəssüf ki, onları Xaçmaz xəstəxanasına aparmağa məcbur olurlar və bu da xeyli vaxt apardığı üçün bəzən xəsarət alanlar yolda həyatını itirir.

Qəbulda mənə bildirildi ki, bu məsələyə də xüsusi diqqət yetiriləcək və ailə-sağlamlıq mərkəzinin nəzdində təcili yardım şöbəsi də fəaliyyət göstərəcək".

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər