Xaçmazda yaxın zamanda iri mağazanın açılışı olacaq. Bu barədə ShimalNews 18 fevral tarixində sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir.
Bakı prospekti, Təzə Avtovağzalın yanında yerləşən "Qayalı Gold" supermarketində son tamamlama işləri görülür. Yayılan videogörüntülərdə diqqəti cəlb edən məqam mağazanın daxilində şəhidlərimizin şəkillərinin asılması olub.