Xaçmaz-Quba avtomobil yolunda yanğın baş verib. Bu barədə 19 iyul tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə səhər saatlarında həmin yolun 1-ci kilometrliyində qeydə alınıb. Transformator alışıb və onun daxilində yağ yanıb.
Əraziyə FHN-in mühafizə bölmələri cəlb olunub və yanğın söndürülüb.