Xaçmaz rayonunun Hacılar kəndində yanğın hadisəsi baş verib.
ShimalNews Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, həyətyanı sahədə yığılan 25 ton ot bağlaması yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.