Dövlət Ekoloji Ekspertiza Agentliyində Xaçmaz rayonu ilə bağlı ictimai dinləmə keçirilib. Bu haqda ShimalNews 27 iyul tarixində məlumat verir.
Tədbir zamanı Xaçmaz rayonunun bir sıra ərazilərində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, eyni zamanda ictimaiyyətin məlumatlandırılması barədə müzakirələr aparılıb.
Xaçmaz rayonunda yerləşən Samur-Yalama Milli Parkı ərazisində layihə altına düşən yaşıllıqların götürülməsi məsələləri müzakirə olunub.