Xaçmaz şəhərində təqaüdə çıxmış müəllimlərə bayram tədbiri təşkil edilib.
Shimal.News xəbər verir ki, "Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır" adlı tədbir Xaçmaz Rayon Təhsil Sektoru və Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin peşə təmayüllü sinif şagirdləri tərəfindən keçirilib.
Sonda şagirdlər əkdikləri gülləri və hazırladıqları açıqçaları gələn müəllimlərə hədiyyə ediblər.