Uzun müddət prokurorluq sistemində çalışmış Seyfəddin Həsən oğlu Həsənov vəfat edib.
Shimal.News xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Seyfəddin Həsənov Xaçmaz və Sabirabad rayonlarında prokuror işləyib. O, sabiq baş prokuror Zakir Qaralovun əmri ilə 2016-cı ildə təqaüdə göndərilib.