Xaçmazda səhər saatlardan başlayaraq qarlı hava müşahidə olunur.
Shimal.News xəbər verir ki, temperatur göstəricisi hazırda -4 dərəcə təşkil edir.
Sakinlərin sözlərinə görə, bu il yağan ilk qar yerə oturub. Ümumilikdə yol hərəkətində çətinlik yoxdur. Piyadalar üçün isə ənənəvi olaraq H.Əliyev Mərkızinin qarşısında qırmızı palaz sərilib ki, insanlar mərmərin üzərində sürüşməsinlər.