Xaçmazda şəhid Nazim Məhəmmədovun adını daşıyan küçə baxımsız vəziyyətdədir.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər. Onlar bildirirlər ki, uzun müddətdir küçəyə diqqət ayrılmır.
Əsas yola yaxın əraziyə tez-tez zibil atılır. Hazırda küçədə olan çalalar daş-kəsək ilə doldurulub. Sakinlər yolun asfaltlanmasını və ərazinin abadlaşdırılmasını istəyirlər.
Məlumat üçün bildirək ki, Nazim Həbibullah oğlu Məmmədov Xaçmazda anadan olub. Birinci Qarabağ müharibəsində 1994-cü il 15 mart tarixində Fizuli rayonun Əhmədbəyli kəndində şəhid olub. Onun doğma qardaşı Mehyəddin Məhəmmədov müharibədə ağır yaralanaraq 1993-cü ildə tərxis olunub. Uzun müddət müalicələrdən sonra 2013-cü ildə vəfat edib.
Посмотреть эту публикацию в Instagram