Xaçmaz rayonu, Abamüslüm Səlimov adına 7 saylı tam orta məktəbin şagirdləri və polis əməkdaşları birgə tədbir keçiriblər. Bu barədə ShimalNews 5 dekabr tarixində Dünya TV-yə istinadən məlumat verir.
Şagirdlər yola çıxaraq sürücülərə təhlükəsizlik qaydaları haqqında suallar veriblər. Bu vaxt, hətta əmrə tabe olmayıb, maşını saxlamadan gedən sürücülər də olub.
Belə tədbirlər yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə üçün təşkil edilib.