top
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - YENİLƏNİB
04 oktyabr 2024, 12:00
- ↺ +

Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü deyilir.

“Qafqazinfo”nun məlumatına görə iddiada qeyd edilib ki, dərs vaxtı Fiziki Tərbiyə müəllimi Azər Bəşirov və Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər.

Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyü üçün dəvət olunduğu qeyd edilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər”.

***

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov sorğumuza cavab olaraq bildirib ki, məktəbdə mübahisə olması ilə bağlı polisə məlumat daxil olub. Hazırda araşdırma aparılır.

***

Quba-Xaçmaz regional təhsil idarəsi də məsələ ilə bağlı açıqlama yayıb:

“Ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, daxili nizam-intizam qaydalarına əməl edilməsi də bizim üçün vacib şərtlərdəndir. Bu məsələ ilə bağlı şagirdlər və valideynlərlə mütəmadi söhbətlər aparılır. Daxili nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi tərəflərin diqqətinə çatdırılır. Hansısa xoşagəlməz hal aşkar edildikdə məsələ araşdırılır və müvafiq tədbirlər görülür. Bildiririk ki, Xaçmaz rayonu C.Cabbarlı adına 6 nömrəli məktəbin 11-ci sinif şagirdinin fiziki tərbiyə müəllimi tərəfindən ölümcül döyülməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Aidiyyəti dövlət qurumunun açıqlamasında da bu məsələ öz əksini tapıb”.

Bildirilib ki, 11-ci sinif şagirdi əməliyyat edilən digər şagirdə topu zərblə atdığı üçün müəllim tərəfindən tənbeh edilib:

“Hadisədən sonra həm regional təhsil idarəsi, həm də məktəb rəhbərliyi tərəfindən valideynlər və müəllimlərlə söhbət aparılıb, mövcud vəziyyət tərəflərə izah edilib. Məsələ nəzarətdə saxlanılır. Qeyd edirik ki, dərs saatında sinifdə olmadığı üçün Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəlliminə, eyni zamanda fiziki tərbiyə müəlliminə töhmət verilib”.

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər