Xaçmaz şəhər Mədəniyyət Evində qanvermə aksiyası təşkil olunacaq. Bu barədə ShimalNews 5 iyun tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir iyunun 9-u RİH-nin və Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
Xeyriyyə aksiyasına qoşulmaq könüllüdür.