Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında yoxlamalar aparıblar.
Shimal.News məlumat verir ki, rayon sakini İkram Həsənov saxlanılıb. Onun istifadə etdiyi qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.