Narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Xaçmaz rayon sakinləri tutulublar. Bu haqda 6 iyun tarixində ShimalNews Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xudat Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Elman Qasımov və Bənövşə Abasova saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Xaçmaz RPŞ tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Nurlan Məmmədov saxlanılıb.
Həmin şəxsdən bükülülərdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elman Qasımovun və Nurlan Məmmədovun barələrində həbs qətimkan tədbiri, Bənövşə Abasovanın barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.