Xaçmaz rayonunda keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılanlar var. Bu haqda ShimalNews 16 iyun tarixində Bizim.Media-ya istinadən xəbər verir.
Əməliyyat Nabran kəndində yerləşən "Atlant" İstirahət Mərkəzində aparılıb. Təxminən 10 nəfərə yaxın şəxsin saxlanıldığı bildirilir.
Görülən tədbirlərin hansı qurum tərəfindən həyata keçirildiyi məlum deyil.