Xaçmaz şəhərinin mərkəzində piyadalar üçün olan körpü hər an çökə bilər.
Bu barədə Shimal.News-a məlumat verən sakinlərin sözlərinə görə, Xaçmaz şəhəri Mehman Babayev adına 1 nömrəli tam orta məktəbin qarşısındakı yerüstü keçid bərbad vəziyyətdədir.
Keçidin taxtalarının çürüməsi və qopması nəticəsində yaranan boşluqlardan uşaqlar maşın yoluna düşə bilər. Məktəblilər hər gün bu körpüdən istifadə edir.
Məsələyə müvafiq qurumların etinasız yanaşması isə sakinləri təngə gətirib: “Sanki qəsdən insanlara tələ qurublar”.
