Xaçmazda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xudat şəhərində baş verib. 53 yaşlı Çingiz Hacıxanov Ordubadi küçəsində yaşadığı evin həyətindəki tövlədə özünü asaraq, həyatına qəsd edib.
Bildirilir ki, mərhum depressiv vəziyyətdə olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.