Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Dahi” qəzetinin baş redaktoru İbrahim Qədirovun (İbrahim Ağçaylı) 75 yaşı qeyd olunub. O, 1949-cu il oktyabrın 3-də Xaçmaz rayonunun Qobuqrağı kəndində anadan olub.
Shimal.News Xaçmaz Rayon İcra Hakimiyyətininə istinadən xəbər verir ki, icra başçısı Elnur Rzayev yubilyarla görüşüb. Ona təbriklər səsləndirilib, fəxri fərmanvə xatirə hədiyyəsi təqdim edilib.
Görüşdə yubilyarın həyatından və fəaliyyətindən geniş söhbət açılıb. İbrahim Ağçaylı təbriklərə və səmimi qəbula görə rayon rəhbrəliyinə minnətdarlığını bildirib.