Xaçmaz rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib. Bu barədə ShimalNews 12 dekabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
Ümummilli liderin anım günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.