Xaçmazda gənclər "Ayrıseçkiliyə məruz qalmamaq hüququ: təməl anlayış və yanaşmalar" adlı təlimə dəvət edilirlər. Bu barədə ShimalNews 16 iyun tarixində Gənclər Klubuna istinadən məlumat verir.
Gənc hüquqşünas Ceyhun Əsədov diskriminasiya və ona bağlı anlayışlar, həmçinin onun xüsusiyyət və növləri ilə yanaşı, qeyd edilmiş məsələlərin normativ-hüquqi aspektləri barədə məlumat verəcək. Gündəlik həyatda rast gəlinən ayrıseçkilik halları və onların aradan qaldırılması yolları barədə müzakirələr aparılacaq.
Tədbir Xaçmaz Gİİ, XGK və GKİM tərəfindən "İnsan hüquqları aylığı" çərçivəsində keçiriləcək.
Tarix: 20.06.2023, saat 10:00.
Məkan: Xaçmaz şəhəri, Heydər Əliyev Mərkəzi.