Bu gün Xaçmazda intihar hadisəsi qeydə alınıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, insident Xanoba kəndində qeydə alınıb. Kəndin 25 yaşlı sakini, gənc ana canına qəsd edib.
İlkin məlumata görə, intihara səbəb ailədaxili münaqişə olub. Münaqişədən sonra qadın anasıgilə gedib və orada həyatına son qoyub.
Qeyd edək ki, mərhumənin 3 və 1 yaşlı körpələri var.