Xaçmazda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçiriləcək. Bu barədə ShimalNews 8 iyun tarixində məlumat verir.
Tədbir iyunun 9-u Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada aqrar sığorta barədə fermerlərin maarifləndirilməsi, aqrar sığorta sisteminin tətbiqi, bu istiqamətdə görülən işlər, növbəti hədəflər barədə məlumat veriləcək.
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tədbirə qatılmağa dəvət edilirlər.