Xaçmaz Xalq Teatrı yeni səhnə əsəri ilə tamaşaçıların görüşünə gəlir.
Shimal.News məlumat verir ki, oktyabrın 30-u, saat 15:00 və 17:00-da Xaçmaz rayon Mədəniyyət Mərkəzində "Fəlakət konfetləri" adlı teatr tamaşası nümayiş etdiriləcək.
İlham Tağıyevin rejissorluğu ilə səhnələşdirilən tamaşa əsrimizin bəlası olan narkomaniya ilə mübarizəyə həsr edilib. Onun ssenari müəllifi Nəzər Mirzəyevdir.
Biletləri Mədəniyyət Mərkəzinin kassalarında əldə etmək mümkündür.