Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yanğın qeydə alınıb. Bu barədə ShimalNews 17 iyul tarixində xəbər verir.
Ümumi sahəsi 336 kv.m olan ikimərtəbəli evin damı alışıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.