Xaçmaz rayonunun Seyidli kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 12 iyul tarixində məlumat verir.
Ümumi sahəsi 130 kv.m olan ev və daxilində olan əşyalar yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin mühafizə bölmələri cəlb edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.