top
Xaçmazda din mövzusunda konfrans keçirilib
06 dekabr 2024, 15:05
- ↺ +

Xaçmazda din mövzusunda konfrans keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfrans keçirilib.

Shimal.News xəbər verir ki, açılış və çıxışlardan sonra konfrans işini panel sessiyalarla davam etdirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən 1-ci paneldə  “Şimal bölgəsində dini durum: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusu müzakirə edilib.

Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdiri Ramin Xudayev şimal bölgəsindəki dinin vəziyyəti haqqında ətrafı məlumat verərək, bir sıra məsələlərə diqqət çəkib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev dinin siyasiləşdirilməsinin mənfi təzahürləri, o cümlədən dini-ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılması vacib olan addımlardan danışıb.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov dini radikalizmlə mübarizədə ənənəvi irfan məktəbinin, həmçinin bölgə üçün xas olan dini ənənələrin din xadimləri arasında milli müstəvidə təbliğinin vacibliyinə toxunub.

Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayonu üzrə qazısı Yaşar Rzayev dini müstəvidə ideoloji təhlükəsizliyin təhdidə məruz qaldığı sosial şəbəkə platformalarında maarifləndirmənin önəmini vurğulayıb.

Regional konfransın “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” adlı panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov moderatorluq edib.

Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Nizayov İslam dinində adət-ənənələrin yeri və Azərbaycandaki ənənəvi İslamin ictimai-sosial resursları barədə fikirlərini bölüşüb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev milli kimlik – dini kimlik toqquşmasının ortaya çıxmasına, milli şüur, vətənpərvərlik, adət-ənənə və ənənəvi dəyərlərin zəiflədilməsinə yönəlmiş destruktiv tendensiyalar haqqında fikirlərini səsləndirib.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov isə çıxışında fərqli fikirlərə, məzhəblərə münasibətdə tolerantlıq və dialoqun roluna toxunub.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, “İlahiyyat” məscidinin imamı Vüqar Səmədov “Ənənəvi dindarlıq və müasir çağırışlar” mövzusunda çıxış edib.

Regional konfransın əsas hədəfləri ilə bağlı aparılan fikir mübadiləsi və səsləndirilən təkliflərdən sonra tədbir yekunlaşıb.

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Oxşar xəbərlər