top
Xaçmazda DƏHŞƏT: Əvvəlcə arvadını, sonra məşuqunu öldürdü
17 mart 2025, 16:35
- ↺ +

Xaçmazda DƏHŞƏT: Əvvəlcə arvadını, sonra məşuqunu öldürdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda həbsdən çıxan kişi xəyanət üstündə həmkəndlisini öldürüb.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1974-cü il təvəllüdlü Novruz Nəcəfov (ad şərtidir) Xaçmaz rayonunda doğulub. O, 2013-cü ildə həyat yoldaşı Sevda Nəcəfovanı (ad şərtidir) həmkəndlisi ilə ona xəyanət etdiyi üçün öldürdüyünə görə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ildə azadlığa çıxdıqdan sonra illərdir içində bəslədiyi kinlə Sevdanın ölümünə səbəb olan məşuqunu, yəni həmkəndlisi Əfqan Səfərovu (ad şərtidir) öldürmək qərarına gəlib. Bu məqsədlə ötən ilin oktyabrın 12-si sərxoş halda Əfqan Səfərovun evinə daxil olub. O, xüsusi amansızlıqla Əfqanın baş nahiyəsindən dəfələrlə vuraraq həyatdan məhrum edib.

Novruz Nəcəfova Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci (köməksiz vəziyyətdə olan şəxsi həyatdan məhrum etmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Novruz Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib:

“Əfqan mənim namusuma göz dikmişdi. Arvadım Sevda ilə sevgi münasibəti yaşayıb. Bu səbəbdən arvadımı da öldürdüm. Haqq-ədalətlə cəzamı çəkib çıxdım. Amma Əfqanı öldürmək niyyətim yox idi, sadəcə qorxutmaq istəyirdim”.

Daha sonra zərərçəkmiş Əfqan Səfərovun hüquqi varisi ifadə verib:

“Hadisə ilə bağlı heç nə görməmişəm. Qardaşım Əfqan tək yaşayırdı və xəstə idi. Nə yeriyə, nə də danışa bilirdi. Onun döyülmə xəbərini alan kimi qardaşımgilə qaçdım. Al qan içində olduğunu gördüm. Xəstəxanaya çatdırsaq da, həyatını xilas edə bilmədik”.

Sonda məhkəmənin qərarı ilə Novruz Nəcəfov 16 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər