Xaçmaz şəhərinin M.Rəsulzadə küçəsi 31 saylı evdə bədbəxt hadisə baş verib.
Bizim.Media-nın məlumatına görə, ev sahibi, 67 yaşlı Təvəkkül Məhbub oğlu Qurbanov evinin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb.
Meyit tibbi ekspertizaya göndərilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.