Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2 nəfərin dələduzluq etməsi faktı ilə bağlı araşdırma aparılır.
Shimal.News məlumat verir ki, saxlanılan Nicat Fərmanzadənin ayrı-ayrı vaxtlarda ümumilikdə 26 şəxsə qarşı dələduzluq edərək, ümumilikdə 8613 manat maddi ziyan vurduğu müəyyən edilib. O, tanıdığı şəxslərin ailə üzvlərinə zəng edərək onların övladlarına və ya digər yaxınlarına təcili pul lazım olduğunu bildirib və etibarından sui-istifadə edib.
Keçirilən digər tədbirlərlə isə rayon sakini Nurlan Bayramov dələduzluq edərək digər şəxslərin adına onlardan xəbərsiz onlayn yolla kredit götürdüyü üçün saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.