Xaçmazda qanvermə aksiyası təşkil edilib. Bu haqda ShimalNews 16 iyul tarixində məlumat verir.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya Aşura günü ilə əlaqədar baş tutub. Tədbirdə RİH-nin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.