Xaçmaz rayonunun Pərdiqıran kəndində “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib. Bu barədə ShimalNews 22 sentyabr tarixində DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşları kənd ərazisində 2 sot sahədən yabanı halda bitən 1,2 ton çəkidə 621 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.