Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Shimal.News xəbər verir ki, Xaçmaz regional miqrasiya idarəsi tərəfindən orada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Bu zaman Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərdən yaşadıqları ünvanlarda olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvafiq yaşama və iş icazələrinin əldə edilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı tələb olunan sənədlərin qəbul edilməsi, həmçinin sözügedən xidmətlər ilə bağlı hazır sənədlərin təqdim edilməsi prosesi həyata keçirilib.
