Xaçmazda fəaliyyət göstərən "Aysberq" kafesində qanun pozuntusu faktı aşkar edilib. Bu barədə ShimalNews 24 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə (DETX) istinadən məlumat verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Nərəcan kəndi ərazisində aparılan monitorinq zamanı müəssisənin ətrafında məişət tullantılarının qalaqlanaraq yandırılması müəyyən edilib.
Aşkarlanan nöqsanla bağlı Xaçmaz sakini olan kafenin istifadəçisi Namik Əsədova cərimə tətbiq olunub. Ona ərazilərin təmizlənməsi və mütəmadi nəzarət olunması ilə bağlı məcburi göstəriş verilib.