Xaçmazın Qusarçay kəndi ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Shimal.News-a daxil olan məlumata görə, fevralın 9-u axşam saatlarında “Prado” markalı avtomobil piyadanı vurub. Həmin şəxs hadisə yerində vəfat edib.
Məlum olub ki, qəza nəticəsində həyatını itirən DSX-nin hərbçisi Şeydabəy Qəhrəmanovdur.
Qəza yerindən görüntüləri təqdim edirik:
View this post on Instagram