Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 8 dekabr tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı Nərəcan kəndində Əzim Əhmədova və Köhnə Xaçmaz kəndində Nemət Ağayevə məxsus məntəqələrdə qayda pozuntuları aşkar edilib.
Obyekt sahiblərinə inzibati protokollar tərtib edilib.