top
Xaçmazda əmisi arvadını odunla öldürən şəxsə 17 İL HƏBS CƏZASI VERİLDİ
09 dekabr 2024, 19:00
- ↺ +

Xaçmazda əmisi arvadını odunla öldürən şəxsə 17 İL HƏBS CƏZASI VERİLDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda odunla əmisi arvadını öldürən şəxs tutulub.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1997-ci il təvəllüdlü İsa Nəcəfov (ad şərtidir) rayon mərkəzində dostu ilə spirtli içki qəbul edib. Bundan sonra o, Xaçmazın Yergüc kəndindəki evinə gedib. Amma evin qapısı bağlı olduğu üçün qonşusu - psixi xəstəlikdən əziyyət çəkən əmisi arvadı Safura Nəcəfovanın (ad şərtidir) həyətindən öz evinə keçmək istəyib. Qadın onu evinə dəvət edib və sobanı qalamaq üçün kömək istəyib. İsa sobanı qalayanda Safura onun belindən tutaraq divara tərəf itələyib və üstünə qışqırıb. Bunu səbəb gətirərək İsa Nəcəfov odunla qadının başına 7 dəfə zərbə vuraraq öldürüb.

İsa Nəcəfov Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu (köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən İsa Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, dostu ilə yeyib-içdikdən sonra evə gedərək qapını döysə də, açan olmayıb:

“Darvazanı açan olmadı, anama zəng etdim cavab vermədi. Əmimgildən keçərək  evimizə girmək istədim. Bu zaman əmim arvadı Safuranın evin qarşısında öz-özünə danışdığını gördüm. Ona yaxınlaşanda, əmim arvadı evinin soyuq olduğunu dedi. İçəri keçib sobanı qalamağa başladım. Safura əlləri ilə arxadan məni qucaqlayıb, divara itələdi. Qışqırmağa başladı. Buna əsəbiləşib əlimdəki odun parçası ilə onun başına vurmağa başladım.

Daha sonra, Xaçmaz tərəfə getdim. Anam zəng edərək “Safura ölüb” dedi. Özüm gedib polis idarəsinə könüllü şəkildə təslim oldum”.

Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, oğlu Vəli Nəcəfov (ad şərtidir) ifadəsində göstərib ki, mərhum anası Safura ilə birlikdə yaşayır:

“Hadisədən 2-3 gün əvvəl qardaşımı aqressiv hərəkətlər sərgilədiyi üçün Quba rayon ruhi-əsəb dispanserinə yerləşdirmişdim. Anamda psixi problem, yaddaş pozğunluğu var idi. Onun kimisə vurmaq, söymək və yaxud haranısa dağıtmaq və s. kimi davranışları olmayıb. Hadisə günü anam Safura evdə tək qalmışdı. Novruz bayramı ərəfəsində bacılarım anama bayram payı aparmaq üçün onun yanına gedib və qapını açanda yaşlı qadının yerdə al-qan içində olduğunu görüblər. Bacılarım bu cinayəti kiçik qardaşımızın törətdiyini düşünüblər və qorxaraq oradan uzaqlaşıblar. Əmimə görə barışmışam. Amma İsanın danışdığı hər şey yalandır”.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək İsa Nəcəfovun Safura Nəcəfovanı xüsusi amansızlıqla qətlə yetirməsini sübut edib. Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə İsa Nəcəfov cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə İsa Nəcəfov 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Oxşar xəbərlər