Xaçmaz Şəhər İƏD son günlər görülən işləri təqdim edib. Bu haqda ShimalNews 23 iyun tarixində adıçəkilən quruma istinadən məlumat verir.
İcra edilən abadlıq-quruculuq işləri küçələrin asfaltlanması, piyada səkilərinin təmiri, işıqlandırma vasitələrinin yenilənməsi, yaşıllıqlara aqrotexniki qulluq, çoxmənzilli yaşayış binalarında və ətraf ərazilərdə abadlıq işləri, parklarda və xiyabanlarda təmizliyin qorunub saxlanılması olub.