Xaçmaz rayonunun İstisu qəsəbəsində uzun illər yararsız vəziyyət olan məktəb binası bərpa edilib.
ShimalNews xəbər verir ki, yeni məktəbin inşası ilə bağlı bu ilin əvvəlində başlanılan tikinti işləri yekunlaşıb və Bilik Günündə təhsil müəssisəsi şagird və müəllimlərin istifadəsinə verilib.
3 mərtəbəli məktəb 2 korpusdan ibarətdir. 320 şagird yerlik olan təhsil ocağı zəruri mebel və avadanlıqla, fənn kabinetləri - fizika, kimya, biologiya, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib. Burada həmçinin kitabxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb.
1939-cu ildə inşa edilən məktəbin qəzalı vəziyyətdə olması barədə məlumat vermişdik.
