Xaçmaz rayonun Susayqışlaq kəndində bədbəxt hadisə qeydə alınıb.
Modern.az-ın məlumatına görə, 55 yaşlı Əvəz Vəlizadə yaşadığı evdə yataq otağında siqaret çəkib və kötüklərini yerə atması səbəbindən yanğın baş verib.
Yanğın zamanı yanıq xəsarətləri alan həmin şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.