Xaçmaz sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.
Publika.az-ın məlumatına görə, hadisə Xaçmaz şəhəri Dağıstan küçəsi, 20 ünvanda yerləşən binada baş verib. 51 yaşlı R.Tağıyevanın meyiti yaşadı mənzilin hamamında aşkar edilib.
Qadının hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.