Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıb.
Shimal.News xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Siyəzən rayon sakinləri Cəfər Fatihi və Xalıqverdi Bəylərovdan 10 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.