Xaçmazda "Gənclər arasında dayanıqlı inkişaf məqsədləri" mövzusunda təlim təşkil edilib. Bu haqda ShimalNews 20 iyul tarixində məlumat verir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən görüş "Zəfər" parkında baş tutub. Təlimə GKİM-in Xaçmaz nümayəndəliyinin rəhbəri Ceyhun Fərzəliyev rəhbərlik edib.
Tədbirin keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə verməklə gənclərin dayanıqlı inkişafına nail olmaqdan ibarət olub.