Xaçmaz şəhərində çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadlarının əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tenderin qalibi məlum olub. Bu barədə ShimalNews 27 iyul tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, müsabiqənin qalibi "Baku Building" müəssisəsi olub. Şirkətə 532.879 manat ödəniləcək.