top
Xaçmaz xəstəxanasında “ayaqyolu” biznesi
14 mart 2025, 13:53
- ↺ +

Xaçmaz xəstəxanasında “ayaqyolu” biznesi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan səhiyyəsinin problemi illərdir ki, təkcə müalicə ilə məhdudlaşmır. Xəstələrin sağalmaq ümidilə üz tutduqları xəstəxanalar artıq tibbi xidmət yox, yeni "biznes sahələri" ilə diqqət çəkir.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş verənlər isə insanları müalicədən çox, maddi sıxıntıya salır. Bəli, burada tibb xidmətləri ödənişli ola bilər, amma görünür, indi "təbii ehtiyaclar" da bazar iqtisadiyyatına keçib.

Bu xəstəxanaya müraciət edən hər bir şəxs artıq nəinki həkim tapmaqda, hətta ən adi ehtiyaclarını ödəməkdə belə çətinlik çəkir. Sakinlərin sözlərinə görə, xəstəxananın həyətində fəaliyyət göstərən tualetlər ödənişlidir. Maraqlıdır, burada suyun keyfiyyəti artırılıb, yoxsa divarlar qızılla örtülüb? Əsla! Söhbət sadə bir tualetdən gedir, lakin qiyməti elə bil hansısa lüks restoranın VIP xidməti qədər dəyərlidir.

Böyrək xəstəsi olan bir sakin isə vəziyyəti belə təsvir edir:

"Tez-tez tualetə getməliyəm, amma cibimdə pul yox idi. İçəridə işləyən şəxs məni açıq şəkildə təhqir etdi, dedi ki, xəstəxanaya gələndə cibinə pul qoy. Bəs biz buraya sağalmağa gəlirik, yoxsa biznes obyektinə?"

İddialara görə, xəstəxananın birinci mərtəbəsindəki tualetlər ya bağlı olur, ya da ümumiyyətlə işləmir. Gecələr isə vəziyyət daha da dramatikləşir: nə həyətdəki pullu tualet açıq olur, nə də içəridəkilər. Yəni xəstələrin gecə saatlarında qarşısında iki seçim var: ya dərdini içinə çəkib gözləmək, ya da xəstəxananın həyətində ehtiyacını ödəmək. Bu, artıq nə gigiyenaya, nə insanlığa, nə də səhiyyənin adını qaldırmağa xidmət edir.

Məsələ burasındadır ki, xəstəxanalar insanların sağlamlığına xidmət etməlidir, onların son qəpik-quruşunu almağa yox. Görünən odur ki, Xaçmaz xəstəxanası səhiyyə müəssisəsindən daha çox kiçik sahibkarların biznes layihəsinə çevrilib. Maraqlıdır, növbəti addımları nə olacaq? Xəstəxana palataları da kirayəyə veriləcək, yoxsa giriş üçün bilet satacaqlar?

Bəlkə də, bir gün səhiyyə sistemində bu cür absurd hallara son qoyular. Amma o gün gələnə qədər, xəstələr Xaçmaz xəstəxanasına gedərkən müalicə pulundan əvvəl "təbii ehtiyac büdcəsi"ni də nəzərə almalıdır. Əks halda, bu müəssisədə onları sağaltmaq yerinə, tam başqa problemlərlə üz-üzə qoyacaqlar.

 

Məhəmməd Tağı

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər