Xaçmazda yolkənarı ərazidə yanğın baş verib. Bu barədə ShimalNews 13 avqust tarixində məlumat verir.
Hadisə avqustun 12-si, Xudat-Nabran yolunun Vələmir kəndi ərazisində qeydə alınıb. Havanın küləkli olmasına görə sahədə başlayan yanğın tez bir zamanda ətrafa yayılıb və kol-kosluq yanıb.
Əraziyə FHN-in yanğından mühafizə hissələri cəlb edilib. Alovun qarşısı alınıb.