Xaçmaz rayonun ucqar kəndlərində məktəblilər üçün kitabxanalar yaradılıb. Bu haqda ShimalNews 17 iyun tarixində “Rabitəbank”a istinadən məlumat verir.
Heydər Əliyevin 100 illik yubileyi və “Rabitəbank”ın yaranmasının 30 illiyi münasibətilə bank xeyriyyə aksiyası həyata keçirib. “KitabGəzər”in təşkilati dəstəyi ilə kənd məktəblərini ziyarət edib, orada təhsil alan şagirdlər üçün kitabxanalar qurub.
Ümumilikdə müxtəlif bölgələrin ucqar 30 kənd məktəbində kitabxanalar qurulub.