Xaçmazda Qudyalçayın üzərindəki körpünün tikintisi ilə bağlı mühəndislər proqnozları ilə bölüşüblər. Bu barədə ShimalNews 13 oktyabr tarixində AzTV-yə istinadən xəbər verir.
Havanın əlverişsiz olması və çay yatağının ensizliyi əsas maneələr sayılır. Hazırda körpünün mühafizə bəndinin svayları qurulur. Mühəndis Musayəddin Qurbanov gücləndirilmiş iş rejimində işlədiklərini və təxminən 2 aya tikintinin bitəcəyini deyib.
Sentyabrın 15-i adıçəkilən körpünün uçması haqqında xəbər vermişdik.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/10/Sequence-028.mp4"][/video]