Xaçmaz şəhərində “Şuşa, sən azadsan!” adlı konsert proqramı təşkil edilib. Bu haqda ShimalNews 24 dekabr tarixində məlumat verir.
Tədbir Xaçmaz şəhər Heydər Əliyev adına Mədəniyyət Sarayında baş tutub. Konsert proqramında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış kompozisiya səsləndirilib.